Polşalı qapıçı yenidən Londona qayıtmaq istəyir

Polşalı qapıçı yenidən Londona qayıtmaq istəyir

"Vest Hem"in keçmiş qapıçısı Lukaş Fabianski yenidən London klubuna qayıda bilər.

Olimpnews.az TtalkSPORT portalının məlumatına istinadən xəbər verir ki, “dəmirçilər” ötən mövsümün sonundan sonra azad agent kimi komandadan ayrılan 40 yaşlı polşalı ilə danışıqlar aparır.

Qeyd edək ki, Fabianski 2018-2025-ci illərdə “Vest Hem”də çıxış edib. Bu müddət ərzində o, 216 matçda iştirak edib, 290 qol buraxıb və 55 dəfə qapısını toxunulmaz saxlaya bilib.