Ötən gün Norveç millisi doğma azarkeşlər önündə DÇ-2026-nın seçmə mərhələsində Moldova yığmasına böyük hesabla qalib gəlib - 11:1. Bu qələbədə ev sahiblərinin futbolçusu Erlinq Haaland komandası üçün 5 top müəllifi olub. "Mançester Siti"nin 25 yaşlı 5 qoldan əlavə iki dəfə komanda yoldaşlarına assistentlik edib. Bir oyunda yeddi dəfə fərqlənmək Haalandın peşəkar karyerasında rekorddur. Hazırda Erlinq Haaland doqquz qolla dünya çempionatının seçmə mərhələsində bombardirlər siyahısında birinci yerdə qərarlaşıb.