Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo daha bir uğura imza atıb.
Olimpnews.az xəbər verir ki, 40 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsi tarixində ən çox qol vurmuş futbolçu kimi Karlos Ruizin rekorduna şərik olub. O, bu uğura ötən gün Macarıstanla matçda penaltidən fərqlənməklə nail olub. Həmin oyun Portuqaliya millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.