İtaliyanın "İnter" klubun müdafiəçisi Benjamin Pavard karyerasını Fransa Liqa1-də davam etdirəcək.
Olimpnews.az xəbər verir ki, 29 yaşlı futbolçu yenidən vətəninə qayıdıb. O, mövsümün sonuna qədər Fransanın "Olimpik Marsel" klubunda icarə əsasında çıxış edəcək. Müqavilədə 16 milyon avro qarşılığında sonradan satınalma bəndi də yer alır.