İspaniyanın "Barselona" klubunun məşqçilər heyətində dəyişiklik olacaq.
Olimpnews.az xəbər verir ki, klubun keçmiş futbolçusu Tiaqo Alkantara baş məşqçi Hans-Diter Flikin şəxsi istəyi ilə "Barselona"nın məşqçilər heyətində yer alacaq. Sabiq yarımmüdafiəçi artıq bazar ertəsi idman şəhərciyində olub. O, yalnız Hansi Flik ilə komanda arasında əlaqələndirici rol oynamayacaq, həm də komandanın bütün gənc oyunçularını yaxından izləyəcək.
Sabiq futbolçu La Masia akademiyasında yetişib və əsas komandada dörd mövsüm keçirib.