Fransalı hücumçu Kilian Mbappe milli komanda tarixində ən çox qol vuran futbolçular sırasında ikinci pilləyə yüksəlib.
Olimpnews.az xəbər verir ki, o, bu uğura DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində İslandiya millisi ilə qarşılaşmada nail olub. Fransa millisinin heyətində 45-ci dəqiqədə penaltidən bərabərlik qolunu vuran futbolçu qollarının sayını 52-yə çatdırıb. O, bununla da Tyerri Anrini geridə qoyaraq Fransa millisinin tarixində ən çox qol vuran 2-ci futbolçu oldu. Birinci pillədə isə 57 qolla Olivye Jiru qərarlaşıb.
Qeyd edək ki, Fransa millisi ötən gün azlıqda olmasına baxmayaraq İslandiya millisinə doğma meydanda 2:1 hesabı ilə qalib gəlib.