Fransalı qapıçı karyerasını başa vurdu

Fransalı qapıçı karyerasını başa vurdu

“Renn” klubu ilə müqaviləsi başa çatan fransalı əfsanəvi qapıçı Stiv Mandanda futbol karyerasını başa vurduğunu açıqlayıb.
Olimpnews.az Frans Press-ə istinadən xəbər verir ki, peşəkar karyerasına 2004-cü ildə "Le Havr" komandasında başlayan Mandanda müxtəlif illərdə "Marsel", "Kristal Pelas" və son olaraq "Renn" komandalarında forma geyinib. Klub və yığma səviyyəsində ümumilikdə 832 oyunda meydana çıxan 40 yaşlı qapıçı karyerası ərzində 2018 Dünya Kuboku da daxil olmaqla ümumilikdə 7 titul qazanıb.

Fransalı futbolçu karyerasını başa vurması ilə bağlı açıqlamasında qeyd edib ki, ayrılmaq fikri ilə barışmaq üçün çox vaxt lazım olub. "Bir çox komandalardan təkliflər aldım. Ancaq hamısına "yox"dedim. Bu asan deyildi, amma bəli, futboldan imtina etmək qərarına gəldim. Bundan daha yaxşı sonu ola bilməzdi", - deyə Mandanada bildirib.