Millimizin üzvləri III MDB Oyunlarına hazırlaşan voleybolçularla görüşüblər

Millimizin üzvləri III MDB Oyunlarına hazırlaşan voleybolçularla görüşüblər

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri III MDB Oyunlarına hazırlaşan 15 yaşadək qızlardan ibarət yığma ilə görüş keçiriblər.  

Bu barədə Olimpnews.az-a Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.  

AVF-nin idman zalında baş tutan görüşdə təcrübəli voleybolçular gənc idmançılarla səmimi söhbət edərək öz təcrübələrini bölüşüblər və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıblar.