BOK Milli Olimpiya Komitəsinin əməkdaşının fəaliyyətini yüksək qiymətləndirib
Olimpizm xəbərləri
11.09.2025, 17:14
Bakıda keçirilən birinci Avropa Oyunlarının 10-cu ildönümü münasibətilə Olimpiya Hərəkatının təbliği və inkişafındakı fəaliyyətinə görə Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimova Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təbrik məktubu ünvanlanıb.
Olimpnews.az xəbər verir ki, Milli Olimpiya Komitələri ilə Əlaqələr, Olimpiya Həmrəyliyi və Olimpizm365 üzrə direktor Ceyms Mklodun ünvanladığı məktubda Mehman Kərimovun gənclərə ilham verməsini və Avropada Olimpiya dəyərlərinin təbliğində xüsusi rolunu vurğulayıb. Məktubda qeyd olunub ki, Mehman Kərimovun rəhbərliyi ilə həyata keçirilən Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) minlərlə azərbaycanlı tələbəyə Olimpiya təhsili qazandıraraq, gələcək nəslin həyatında silinməz iz qoyub. Məktubda Mehman Kərimovun 2019-cu ildə Bakıda Rəqəmsal Kommunikasiya və sosial şəbəkələr üzrə seminarlar təşkil etməklə, milli şirkətlərə rəqəmsal təcrübənin inkişafında dəstək verməsi, xüsusən də Paris-2024 Yay Olimpiya Oyunlarından sonra bu sahədə beynəlxalq əməkdaşlığın güclənməsi sahəsindəki fəaliyyəti qeyd olunub. Mklod məktubda həmçinin, Mehman Kərimovun Təhlükəsiz İdman sahəsində gördüyü işlərə və Beynəlxalq Olimpiya Komitəsinin təhlükəsizlik üzrə sertifikatını almasına da diqqət çəkib: “Müdafiə mexanizmlərinin hazırlanmasında və BOK-un təhlükəsizlik işçisi sertifikatının alınmasında özünü göstərən Təhlükəsiz idmana olan bağlılığınız idmançıların və Olimpiya cəmiyyətinin rifahına sadiqliyinizi nümayiş etdirir. Liderliyinizə və Olimpiya dəyərlərinin əsl səfiri olduğunuza görə təşəkkür edirəm. Ümid edirik ki, idmanla daha yaxşı bir dünya qurmağa töhfə verməyə davam edəcəksiniz”, - deyə məktubda bildirilib. Qeyd edək ki, Mehman Kərimov Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin müdiri kimi ölkəmizin Olimpiya Hərəkatının inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində fəal sürətdə çalışır. Mehman Kərimov müxtəlif beynəlxalq yarışlarda missya rəhbəri, Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin, MOK-un bir sıra komissiyalarının üzvü kimi fəaliyyət göstərib. O, 2018-ci ildə “Olympic Moves – Azerbaijan” proqramının təşkilində səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub. Mehman Kərimovun fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də Olimpiya Mədəniyyəti və Təhsil Proqramıdır (OCEP). Mehman Kərimov Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə Bakı-2015 Avropa Oyunlarının 10 illik yubileyinə həsr olunmuş "Süni intellekt (AI) və İdmanda İnnovasiya" müsabiqəsinə və Beynəlxalq Olimpiya Komitəsinin “Təhlükəsizlik İdman üzrə İnspektor” proqramına üzv qəbul olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK