Acun İlacının sahib olduğu İngiltərənin "Hall Siti" klubu əfsanəvi futbolçu Ronaldinyonun oğlu Joao Mendesi transfer edib.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi gənc futbolçu ilə bir illik müqavilə imzalayacaq. Futbolçunun "Hall Siti"nin U-21 komandasında forma geyinəcəyi bildirilir.
Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsüm "Börnli"nin U-21 komandasında forma geyinib.
"Hall Siti" əfsanəvi futbolçunun oğlu ilə müqavilə imzaladı
