İspaniya polisi “Ovyedo”lu azarkeşi saxlayıb

İspaniya polisi “Ovyedo”lu azarkeşi saxlayıb

İspaniyanın “Ovyedo” klubunun azarkeşi La Liqada Madrid “Real”ı ilə son matçda irqçilik nümayiş etdirdiyi üçün polis tərəfindən saxlanılıb.

Olimpnews.az ESPN-nin məlumatına istinadən xəbər verir ki, azarkeş qonaq komandanın futbolçuları Vinisius Junior və Kilian Mbappenin təhqir etdiyi üçün bu cəzaya məruz qalıb.
Xatırladaq ki, görüş Xabi Alonsonun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Məlumat üçün bildirək ki, üç turdan sonra “Real” turnir cədvəlinə başçılıq edir, “Ovyedo” isə 14-cü pillədə qərarlaşıb.