Braziliyalılar Abubakarın transferinden imtina etdilər 

Braziliyalılar Abubakarın transferinden imtina etdilər 

Brazilyanın "San Paulo" klubu kamerunlu futbolçu Vinsent Abubakarın transferindən imtina edib. 
Olimpnews.az ESPN-ə istinadən xəbər verir ki, "sambaçılar" Türkiyənin "Hatayspor" klubundan ayrılan 33 yaşlı futbolçunun transferi üçün hərəkətə keçsə də son anda qərarını dəyişiblər. Buna səbəb klub rəhbərliyinin futbolçu ilə maliyyə məsələlərində ortaq məxrəcə gələ bilməmələri olub. 
Qeyd edək ki, ötən mövsüm 28 oyunda meydana çıxan futbolçu 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.