Bu gün futbol üzrə Misli Premyer Liqasında IV turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, turun açılış oyunu Qəbələdə baş tutacaq. Turinir cədvəlinin debütantı "Kəpəz" Qəbələ şəhər stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 17:45-də start götürəcək oyunu Rauf Cabbarov idarə edəcək. üç tirdan sonra aktivində 7 xalı olan Naxçıvan təmsilçisi üçüncü, keçirdiyi bütün oyunlarda məğlub olan "Kəpəz" isə sonuncu - 12-cidir.
Günün ikinci qarşılaşmasında isə son çempion "Qarabağ" "Azərsun Arena"da "Zirə"ni qəbul edəcək. Saat 20:00-da başlayacaq oyunun baş hakimi Rəşad Əmədov olacaq. Bir oyun az keçirən Ağdam təmsilçisi 3 xalla yeddinci pillədə qərarlaşıb. Qəsəbə təmsilçisi isə 7 xalla "Sumqayıt" və "Araz Naxçıvan"la birgə turnir cədvəlinə şərili liderlik edir.
Qeyd edək ki, turun digər oyunları sentyabrın 13-14-də təşkil olunacaq.