İspaniyanın "Las Palmas" klubunun futbolçusu Kirian Rodrígez xərçəng xəstəliyinə qalib gəlib.
Olimpnews.az xəbər verir ki, 29 yaşlı futbolçu yekun tibbi testlərdən uğurla keçib. Məşqlərə başlayan kapitan qarşıdakı oyunlada komandasına kömək edəcək.
Qeyd edək ki, bu ilin fevral ayında xərçəng xəstəliyi səbəbindən futbolu buraxmışdı. O, 3 il əvvəl də eyni xəstəlikdən əziyyət çəkmiş və 8 aylıq fasilədən sonra yaşıl meydanlara geri qayıtmışdı.