Ötən yay "Liverpul"a keçidi uğursuz olan İngiltərə millisinin müdafiəçisi Mark Quehi yenidən "Kristal Pelas" klubuna qayıdıb.
Olimpnews.az "Sky Sports" portalına istinadən xəbər verir ki, uğursuz keçidə baxmayaraq, futbolçunun əhval-ruhiyyəsi yaxşıdır. Çox güman ki, müdafiəçi yanvarda klubunu dəyişəcək. Qeyd edək ki, Mark 2021-ci ilin yayından “Qartallar”ın heyətində çıxış edir.