Belçikalı futbolçu "Milan"da qalmaq istəyir

Belçikalı futbolçu "Milan"da qalmaq istəyir

"Milan"ın futbolçusu Aleksis Saelemakers klubla yeni müqavilə imzalamağa hazırlaşır.

Olimpnews.az insayder Nikolo Şiraya istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun maaşının illik 3 milyon avroya yüksələcəyi nəzərdə tutulub. Belçikalı futbolçunun "rossoneri" ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına kimi hesablanıb.