"Araz-Naxçıvan"dan inamlı qələbə

"Araz-Naxçıvan"dan inamlı qələbə

Bu gün futbol üzrə Misli Premyer Liqasının IV turun oyunlarına start verilib.

Olimpnews.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan turun açılış oyununda "Kəpəz" və "Araz-Naxçıvan" komandaları üz-üzə gəlib. Oyun qonaqların 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Matçda hesab 65-ci dəqiqədə açılıb. Naxçıvan təmsilçisinin heyətində Slavik Alxasov fərqlənib. Qarşılaşmanin 86-cı dəqiqəsində isə Bar Kohen fırqi iki topa çatdırıb. Qələbə sayəsində xallarının sayını 10-a çatdıran "Araz-Naxçıvan" birinci pilləyə yüksəlib. Keçirdiyi bütün oyunları məğlubiyyətlə başa vuran "Kəpəz" isə sonuncu, 12-cidir.