UEFA İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flikin və köməkçisi Markus Sorqun cəzalarını təxirə salıb.
Olimpnews.az xəbər verir ki, hər iki məşqçi UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Nyukasl"a qarşı oyunda komandanın başında olacaqlar. Lakin məşqçilər əgər 1 il ərzində hər hansı bir cəza alarlarsa, təxirə salınan cəza aktivləşəcək.