Bu gün Misli Premyer Liqasında daha iki oyun keçiriləcək 

Bu gün Misli Premyer Liqasında daha iki oyun keçiriləcək 

Bu gün futbol üzrə Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək. 

Olimpnews.az xəbər verir ki, günün açılış oyunu Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək. "İmişli" komandası "Sumqayıt"ı qəbul edəcək. Saat 16:30-da başlayacaq oyunu Tural Qurbanov idarə edəcək. Üç oyundan sonra aktivində 7 xalı olan "Gənclik şəhəri" təmsilçisi üçüncüdür. 4 xala malik "İmişli" isə altıncıdır.

Günün digər oyununda isə "Turan Tovuz" klubu "Qəbələ"ni sınağa çəkəcək. Saat 19:00-da start götürəcək oyun "Azərsun Arena"da baş tutacaq. Oyunun baş hakimi Cavid Cəlilov olacaq. Akticində 3 oyundan sonra 6 xalı olan Tovuz təmsilçisi dördüncü, 1 xala malik "Qəbələ" isə 11-cidir. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.