Misli Premyer Liqasında dördüncü tura yekun vurulur

Misli Premyer Liqasında dördüncü tura yekun vurulur

Bu gün futbol üzrə Misli Premyer Liqasında IV tura iki oyunla yekun vurulacaq. 

Olimpnews.az xəbər verir ki, günün ilk oyunu Şamaxı şəhər stadionunda təşkil olunacaq. "Şamaxı" klubu doğma azarkeşlər önündə "Karvan-Yevlax" klubu ilə üz-üzə gələcək. Saat 16:30-da başlayacaq oyunu Fərid Hacıyev idarə edəcək. üç turdan sonra aktivində 4 xalı olan Yevlax təmsilçisi yeddinci, "Şamaxı" klubu isə 2 xalla doqquzuncudur. 

Turun son oyunu Bakıda "Neftçi Arena"da baş tutacaq. "Neftçi" komandası doğma meydanda "Sabah"ı qonaq edəcək. Saat 19:00-da başlayacaq oyunun baş hakimi İnqilab Məmmədov olacaq. Bir oyun az keçirən "Sabah" 3 xalla 8-ci, aktivində 2 xalı olan "Neftçi" isə 10-cudur.