"Osasuna" komandası İspaniya La Liqasında növbəti qələbəsini qazanıb.
Olimpnews.az xəbər verir ki, dördüncü turda "Rayo Valyekano" ilə qarşılaşan "Osasuna" üç xalı iki cavabsız qolla əldə edib. Qələbə sayəsində xallarının sayını 6-ya çatdıran "Osasuna" 9-cu pilləyə yüksəlib. 4 xalı olan "Rayo Valyekano" isə 14-cü pillədədir.