İtaliya A Seriyasında üçüncü turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, turun maraqla gözlənilən oyunlarından biri San Siro stadionunda baş tutub. "Milan" klubu doğma meydanda "Bolonya" ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Matçda vurulan yeganə qolun müəllifi 61-ci dəqiqədə fərqlənən Luka Modriç olub. "Milan" klubu qələbə sayəsində xallarının sayını 6-ya çatdıraraq 5-ci pilləyə yüksəlib. Aktivində 3 xalı olan "Bolonya" isə 13-cüdür.