"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandaya yeni nəfəs gətirəcək futbolçu axtarışındadır. Olimpnews.azın Fichajes-ə istinadən verdiyi məlumata görə, London klubu "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqu diqqətdə saxlayıb.
28 yaşlı de Yonqun "Barselona" ilə hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir. Lakin niderlandlı futbolçu gələn yay azad agent statusu ala bilər. Nüfuzlu Transfermarkt portalı Frenki de Yonqu 45 milyon avro qiymətləndirir.
"Arsenal" yayı gözləyir
