Dünya çempionu karyerasını bitirdi 

Dünya çempionu karyerasını bitirdi 

31 yaşlı fransalı futbolçu Samuel Umtiti peşəkar futbolçu karyerasını başa vurub. "Lil" klubundan ayrıldıqdan sonra azad agent olan dünya çempionu özünə klub tapa bilmədiyi üçün belə bir qərar verib. Qeyd edək ki, uzun müddət zədələrdən əziyyət çəkən futbolçu ümumilikdə klub və milli oyunları daxil 393 matçda forma geyinib. O, bu matçlarda 11 qol vurub və 4 qol ötürməsi ilə yadda qalıb. Umtiti karyerası ərzində ümumilikdə 10 kubok qazanıb.