Çempionlar Liqasında Liqa mərhələsi həyəcanı başlayır

Çempionlar Liqasında Liqa mərhələsi həyəcanı başlayır

Bu gün qitəninin ən nüfuzlu klub turniri olan futbol üzrə UEFA Çempionlar Liqasında əsas mərhələnin oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, ilk turun birinci oyun günündə azarkeşlər biri-birindən maraqlı altı qarşılaşma izləyəcəklər. 

Günün ilk oyunları Niderlandda və İspaniyada baş tutacaq. Niderlandın PSV klubu Belçikanın "Union" komandası ilə qarşılaşacaq. Digər qarşılaşmada isə Bilbao təmsilçisi "Atletik" "San Mames"də İngiltərənin "Arsenal" klubunu qonaq edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Günün digər oyunlarına isə saat 23:00-da start veriləcək. Azərbaycanın turirdəki tyeganə təmsilçisi "Qarabağ" Portuqaliya səfərində "Benfika"nın qonağı olacaq. İspaniya nəhəngi “Real"  doğma meydanda Fransa “Marsel”ini, İtaliyanın “Yuventus” komandası isə Dortmund "Borussiya"sını qəbul edəcək. UEFA Avropa Liqasının ötənilki qalibi  "Tottenhem" İngiltərədə İspaniyanın "Vilyarreal" klubunu sınağa çəkəcək. Liqa mərhələsində növbəti oyunlar sabah keçiriləcək.