Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start veriləcək.
Olimpnews.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi olan "Qarabağ" klubu da bu gecə ilk oyununa çıxacaq.
Komandamız Portuqaliya səfərində "Benfika" ilə qarşılaşacaq. "Eştadiu da Luş" stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Oyunun baş hakimi FIFA referisi Erik Lambrexts olacaq.
Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" klubuna qarşı keçirəcək.