"Barselona" klubunun rəsmi saytında yer alan xəbərə görə, komandanın təmir edilmiş "Kamp Nou"ya qayıtması yenidən təxirə salınıb. Bildirilir ki, bu barədə lazımi inzibati icazələr hələ alınmayıb. Nəticədə Hans-Diter Flikin komandası növbəti ev oyununu “Xetafe”yə qarşı sentyabrın 21-də 6 min tamaşaçı tutumuna malik "Yohan Kroyf" stadionunda keçirəcək. "Barselona" mətbuata açıqlamasında azarkeşlərə anlayışlarına görə təşəkkür edib.
"Barselona" "Kamp Nou"ya qayıda bilmir
