"İnter" və "Milan" rəhbərliyi "San Siro" stadionunu Milan şəhər rəhbərliyindən almaq üzrədir.
“Əslində, biz klublarla razılığa gəlmişik. Stadion 2031-ci ilə qədər hazır olmalıdır. Əks halda UEFA Milanı 2032-ci ildə futbol üzrə Avropa çempionatının keçiriləcəyi şəhər kimi qəbul etməyəcək”, - deyə şəhərin meri Cüzeppe Sala Rtl radiostansiyasının efirində vurğulayıb.
Məlumatda bildrilir ki, stadion məsələsi ilə bağlı qərar sentyabrın 17-də keçirilməsi planlaşdırılan şəhər şurası tərəfindən səsə qoyulacaq. Şəhər meri bu seçimdə “lehinə” səs verəcəyini qeyd edib.
Milan klubları "San Siro"dan əl çəkmirlər
