Futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində daha bir oyun keçirilib.
Olimpnews.az xəbər verir ki, turun novbəti oyunu İspaniyanın "Atletik" və İngiltərənin "Arsenal" komandaları arasında baş tutub. "San Mames"də təşkil olunan oyun London təmsilçisinin qələbəsi ilə yekunlaşıb -0:2. Matçda hesab 72-ci dəqiqədə açılıb. Qabriel Martinelli adını tabloya yazdırıb. Oyunun 87-ci dəqiqəsində isə Leanardo Trossard "topçular"ın növbəti qolunun müəllifi olub. Beləliklə, londonlular İspaniya səfərindən üç xalla qayıdıblar.
"Arsenal" "San Mames" səfərində qələbə qazandı
jpeg-1758050108.jpeg)