"Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu keçirib.
Olimpnews.az xəbər verir ki, Qurban Qurbanovun komandası ilk oyunda səfərdə Portuqaliyanın köklü klublarından olan "Benfika" ilə qarşılaşıb. "Eştadiu da Luş" stadionunda keçirilən oyun komandamızın əzmkar qələbəsi ilə başa çatıb -2:3. Oyuna meydan sahibləri fəal başlayıblar. Bunun məntiqi nəticəsi olaraq "Benfika" klubu 6-cı dəqiqədə Entso Barrenеçеаnın qolu ilə hesabı açıb. 10 dəqiqə sonra meydan sahibləri Vanqelis Pavlidisin qolu ilə hesab arasındakı fərqi iki topa çatdırıb. Lakin Qurban Qurbanovun komandası təslim olmayıb. Komandamız 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə fərqi minimuma endirib. İkinci hissənin əvvəlində isə komandamız hesabı bərabərləşdirib. Kamilo Duran 48-ci dəqiqədə fərqlənib. Matçın 86-cı dəqiqəsində isə Aleksey Kaşuk "Qarabağ"a Çempionlar Liqasının Liqa mərhələsində tarixi qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, Portuqaliya səfərində qələbə qazanan "Qarabağ" klubu Liqa mərhələsində aktivinə üç xal yazdırıb.
"Qarabağ"dan Çempionlar Liqasında tarixi zəfər
jpeg-1758057257.jpeg)