"Benfika" Mourinyo ilə razılaşıb

"Benfika" Mourinyo ilə razılaşıb

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Lissabon "Benfika"sı ilə razılıq əldə edib. Jurnalist və insayder Ben Ceykobsun X sosial şəbəkəsində verdiyi məlumata görə, UEFA Çempionlar Liqasında «Qarabağ»a uduzduqdan (2:3) sonra Bruno Leyq istefa verdikdən sonra “Benfika”nın Mourinyo ilə razılaşması dəqiqləşib.
Qeyd edək ki, Jozenin son iş yeri Türkiyənin “Fənərbaxça” klubu olub. Mütəxəssis bu il avqustun sonunda klubu tərk edib.