"Sözünü birbaşa dediyi üçün çoxları onu bəyənmir"

"Sözünü birbaşa dediyi üçün çoxları onu bəyənmir"

"Kik-Sauber" komandasının braziliyalı pilotu Qabriel Bortoleto dördqat F1 çempionu Maks Ferstappen haqqında tərifdolu sözlər səsləndirib. "O, çox düz insandır. Onda zərrə qədər də yalan yoxdur. Kamera qarşısında və həyatda davranışı tamamilə eynidir. Ola bilsin, bəziləri onda yaxşı heç nə görmürlər. Bəlkə də düz danışdığına görə onu pis hesab edirlər. Amma bu belə deyil. Onun ürəyi yumuşaqdır, insanlara kömək etməyi sevir. O, mənə də kömək edir. Sözünü birbaşa dediyi üçün çoxları onu bəyənmir", - deyə braziliyalı pilot sosial şəbəkə hesabında qeyd edib.