"O, yalnız boksda qalacağı təqdirdə uduzacaq"

"O, yalnız boksda qalacağı təqdirdə uduzacaq"

Ağır çəkidə keçmiş amerikalı dünya çempionu Hasim Rəhman divizionun hazırkı mütləq çempionu ukraynalı Aleksandr Usik (24-0, 15 KO) haqqında danışıb.
"Hazırkı ağır çəkili idmançılardan hər hansı birinin Usiki məğlub etməyə qadir olduğuna əmin deyiləm. O, yalnız boksda qalacağı təqdirdə uduzacaq. Hazırda ilk «10-luq»da onunla rəqabət apara biləcək heç kim yoxdur", - deyə Rəhman «Boxing King Media» YouTube kanalına müsahibəsində deyib.
Məlumat üçün bildirək ki, Oleksandr Usikin 38 yaşı var. London-2012 Yay Olimpiya Oyunlarının qalibi olan ukraynalı boksçu 2013-cü ildə peşəkar rinqdə debüt edib. 2018-ci ilin iyulunda o, birinci ağır çəkidə (90,7 kq-a qədər), 2024-cü ilin mayında - superağır çəkidə mütləq çempion, 2025-ci ilin iyulunda isə iki ağır çəkidə mütləq çempion olub.