İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın yoxluğu barədə danışıb.
Olimpnews.az xəbər verir ki, təcrübəli məşqçi onun yoxluğunu Raşfordla əvəz etməyə hazır olduğunu bildirib.
"Lamine Yamal yoxdur? Heyətimizdə Markus Raşford var. O, məhz bu hallar üçün, hər hansı bir hücumçumuzun oynaya bilmədiyi hallarda onları əvəz etmək üçün buradadır. O, bazar günü necə oyunçu olduğunu göstərdi. Ümid edirəm ki, bunu İngiltərə səfərimizdə də təkrarlayar", - deyə baş məşqçi bildirib.
Flikdən Yamalla bağlı açıqlama
