"Həmin epizodda penalti yox idi!" 

"Həmin epizodda penalti yox idi!" 

Fransanın "Marsel" klubunun baş məşqçisi Roberto De Zerbi "Real Madrid"in lehinə təyin edilən penalti epizodu haqqında danışıb. 
Olimpnews.az xəbər verir ki, baş məşqçi bu qərarın utancverici olduğunu deyib:
"Həmin epizodda penalti yox idi! Bu, həqiqətən utancvericidir! "Real Sosyedad" ilə oyundan sonra hamı "Real Madrid" klubuna qarşı ədalətsizlikdən danışırdı... Hələ də hakimin penalti təyin etdiyinə inana bilmirəm.
Daha yaxşı nəticə əldə edə bilmədiyim üçün məyusam. Bəli, uduzduq, amma komandamla qürur duyuram, çünki yaxşı oyun göstərdilər və meydanda əllərindən gələni etdilər. Heyətdə çoxlu yeni oyunçular var və onların bəziləri bir həftədən də az müddətdə ikinci oyununa çıxır. Çoxlu müsbət məqamlar oldu, amma onların dərhal bir-birilə uyğunlaşması asan deyil".