Mourinyo ilk dəfə sükutu pozdu 

Mourinyo ilk dəfə sükutu pozdu 

Portuqaliyalı məşqçi Joze Mourinyo "Fənərbağça" klubundan ayrıldıqdan sonra ilk dəfə sükutu pozub. 
Olimpnews.az xəbər verir ki, təcrübəli məşqçi İstanbul təmsilçisinin baş məşqçisi kimi çalışmağın hayatının yanlış qərarı adlandırıb. "“Fənərbağça" klubuna getməklə səhv etdim. Amma orada son günə qədər əlimdən gələni etdim. "Benfika" klubuna gələrək öz səviyyəmə qayıtdım. Çünki mənim səviyyəm dünyanın ən böyük klublarını çalışdırmaqdır. Dünyanın ən böyük klublarından birinin baş məşqçisiyəm. Sizə söz verirəm ki, bu klub üçün yaşayacağam. Milyonlarla "Benfika" azarkeşinin təmsilçisi olaraq, baş məşqçilik etmək imkanı qazandığım digər nəhəng klublardan heç biri mənə "Benfika"nın baş məşqçisi olmaq qədər məsuliyyət və motivasiya hiss etdirməyib. Hər zamankından daha çox motivasıyalıyam. "Benfika" İstanbulda "Fənərbağça" klubuna qarşı 30 dəqiqə 1 nəfər az oynayaraq müsbət nəticə əldə etməyi bacaran komandadır. Mənim özümü eyniləşdirdiyim "Benfika" da məhz budur”, - deyə Joze Mourinyo qeyd edib.