Çempionlar Liqası: Liqa mərhələsində birinci tur başa çatdı 

Çempionlar Liqası: Liqa mərhələsində birinci tur başa çatdı 

Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin birinci turuna yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, turun son oyun günündə azarkeşlər daha altı qarşılaşma izləyiblər. Günün ilk oyunlarında Belçikanın "Brügge" klubu doğma meydanda Fransanın "Monako" klubuna 4:1 hesabı ilə qalib gəlib. Qarabağın növbəti turdakı rəqibi "Kopenhagen" (Danimarka) isə "Bayer"lə (Almaniya) 2:2 hesablı bərabərliyə razılaşıb. Qurban Qurbanovun komandasının növbəti rəqibi olan Almaniyanın "Ayntraxt" klubu isə doğma meydanda Türkiyənin "Qalatasaray" komandasına 5:1 hesabı ilə qalib gəlib. Liqa mərhələsində "Qarabağ"a növbəti rəqib olan "Napoli" isə İngiltərədə "Mançester Siti"yə 2:0 hesabı ilə məğlub olub. İspaniya nəhəngi "Barselona" isə səfərdə İngiltərənin "Nyukasl" klubuna 1:2 hesabı ilə qalib gəlib. Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə oynamaq hüququ qazanan Qazaxıstanın "Kayrat" komandası isə səfərdə Portuqaliyanın "Sportinq" klubuna məğlub olub -4:1.