Misli Premyer Liqası: "İmişli" üç xalı üç qolla qazandı

Misli Premyer Liqası: "İmişli" üç xalı üç qolla qazandı

Futbol üzrə Misli Premyer Liqasında V turun oyunlarına start verilib.

Olimpnews.az xəbər verir ki, turun açılış oyununda "Karvan-Yevlax" komandası Şamaxı şəhər stadionunda "İmişli"ni qonaq edib. Debütantların oyununda "İmişli" klubu 3:0 hesablı qələbə qazanıb. Qonaqların heyətində Dioqo Almeyda 12-ci dəqiqədə hesabı açıb. Üç dəqiqə sonra Edvin Banquera fərqlənib. Matçın 80-ci dəqiqəsində isə Azər Salahlı yekun hesabı müəyyənləşdirib -0:3. 

Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "İmişli" klubu 5-ci pilləyə yüksəlib. "Karvan-Yevlax"ın isə 4 xalla 9-cu pillədə qərarlaşıb.