"Zirə" liderliyini qorudu

"Zirə" liderliyini qorudu

Futbol üzrə Misli Premyer Liqasında V turun ilk oyun gününə yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, günün ikinci matçında "Zirə" klubu doğma meydanda "Şamaxı"nı sınağa çəkib. Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun qəsəbə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1.Oyunda hesab 25-ci dəqiqədə açılıb. Rossi "Şamaxı"nı hesabda irəli çıxarıb. Lakin qonaqlar qələbə hesabını sona qədər qoruya bilməyiblər. "Zirə" klubu matçın 83-cü və 87-ci dəqiqələrdə Martinssin qolları ilə üç xalı aktivinə yazdırmağı bacarıb. Qələbə sayəsində xallarının sayını 11-ə yüksəldən "Zirə" liderliyini qoruyub. "Şamaxı" klubu isə 5 xalla 6-cı pillədə qalıb. 

Qeyd edək ki, Misli Premyer Liqasında növbəti turun oyunları sentyabrın 20-21-də keçirilib.