"Beşiktaş" İzmirdə böyükhesabla məğlub oldu

"Beşiktaş" İzmirdə böyükhesabla məğlub oldu

Türkiyə Trendyol Super Liqasında VI turun oyunlarına start verilib. 

Olimpnews.az xəbər verir ki, turun açılış matçında "Göztepe" və "Beşiktaş" klubları üz-üzə gəlib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb -3:0. İzmir təmsilçisinin heyətində qolları Xuan (4), Raldney (19) və Sabra (85) vurub. Bu, "qara qartallar"ın yeni baş məşqçi Sergen Yalçının rəhbərliyi altında ilk məğlubiyyəti olub.