Yankoviç 6 həftə yaşıl meydanlardan kənarda qalacaq 

Yankoviç 6 həftə yaşıl meydanlardan kənarda qalacaq 

Portuqaliyanın "Benfika" klubu ilə Çempionlar Liqasının Liqa mərhələsində zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin zədəsi ciddidir. 

Olimpnews.az xəbər verir ki, 30 yaşlı monteneqrolu yarımmüdafiəçi zədə səbəbindən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, qarşıdakə həftələrdə Misli Premyer Liqasında "Araz-Naxçıvan", "Qəbələ", "Kəpəz", "Turan Tovuz", "Şamaxı", "İmişli", "Çempionlar Liqasında isə "Kopenhagen" (Danimarka) və "Athletik" (İspaniya) komandaları ilə oyunda komandasına köməklik edə bilməyəcək. Onun "Çelsi" ilə oyuna qədər tam hazır olacağı isə sual altındadır.