Paytaxt birinciliyində 130 idmançı yarışıb

Paytaxt birinciliyində 130 idmançı yarışıb

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 2002-2003-cü illər təvəllüdlü yeiyetmələr arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilib.
130 idmançının iştirak etdiyi yarışda idmançılar 12 çəki dərəcə üzrə qüvvələrini sınayıb. Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.