Olimpiya mükafatçısı ölkəsində iki rekord yenilədi

Olimpiya mükafatçısı ölkəsində iki rekord yenilədi

ABŞ milli komandasının üzgüçü Qretçen Uolş ölkəsinin Karmel şəhərində keçirilən FINA Qısa Kurs üzrə Dünya Kubokunda 50 metr məsafəyə baterflay üsulunda həm dünya, həm də özünün rekordunu qırıb.

Olimpnews.az xəbər verir ki, o, məsafəni 23,72 saniyəyə qət edərək, tarixdə bunu 24 saniyədən az müddətdə başa vuran ilk üzgüçü olub.

Paris-2024 Olimpiya Oyunlarının gümüş mükafatçısı olan Uolş əvvəlki rekordunu 2024-cü ilin dekabrında Budapeştdə keçirilən FINA Qısa Kurs üzrə Dünya Çempionatında 24,02 saniyə ilə müəyyən edib.