Voleybol üzrə Lənkəran rayon turniri keçirilib

Voleybol üzrə Lənkəran rayon turniri keçirilib

Lənkəran rayon Sütəmurdov kənd tam orta məktəbində də 6 komandanın iştirakı ilə “11 Oktyabr – Beynəlxalq Qızlar Günü” münasibətilə “Sağlam qızlar, sağlam gələcək” adlı qızlar arasında voleybol üzrə Lənkəran rayon turniri keçirilib.
Olimpnews.az xəbər verir ki, təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi olan yarışın açılış mərasimində Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev çıxış edərək qızlarımızı sağlam həyat tərzinə və idmana olan maraqlarını daha da artırmağa çağırıb, onların idmanda  fəal olmaqlarının vacibliyini vurğulayıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Maraqlı və gərgin mübarizə şəraitində keçirilən yarışda 1-ci yeri Lənkəran şəhər 10 saylı tam orta məktəbi, 2-ci yeri Lənkəran şəhər 7 saylı tam orta məktəbi, 3-cü yeri isə Sütəmurdov tam orta məktəbin komandaları qazanıb. 
I yeri tutan komanda kubok və diplomlara, ll və lll yeri tutan komandalar isə diplomlara layiq görülüblər.