Həndbol üzrə Astara rayon açıq turniri keçirilib

Həndbol üzrə Astara rayon açıq turniri keçirilib

Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Həndbol Federasiyasının, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin dəstəyi ilə “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında həndbol idman növü üzrə Astara rayon açıq turniri keçirilib.

Olimpnews.az xəbər verir ki, tədbirin açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Azərbaycan Respublikası Həndbol Federasiyasının nümayəndəsi, Həndbol üzrə Milli yığma komandanın baş məşqçisi, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Vidadi Əliyev, Həndbol üzrə Lənkəran və Astara rayonları üzrə məşqçi-müəllimlər Fəzail Əbilov və Rəşad Əliyev çıxış edib, idmançılara uğurlar arzulayıblar.

7 məktəb komandası (Astara şəhəri 1,6,7 saylı, Astara rayon Kijəbə qəsəbə, Səncərədi və Suparıbağ kənd tam orta ümumtəhsil məktəblər, eləcə  Lənkəran rayon yığma komandası) Olimpiya sistemi ilə mübarizə aparıblar.  Böyük marağa  səbəb olan  yarışda I yerə Astara rayonu Elman Ağayev adına Səncərədi kənd tam orta ümumtəhsil məktəbin komandası, II yerə Astara rayon Aqşin Hüseynov adına Suparıbağ kənd tam orta ümumtəhsil məktəbin komandası, III yerə isə Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1  saylı  tam orta ümumtəhsil məktəbin komandası çıxıb.

Yarışa baş hakimlik Ceyhun Babayev adına Astara şəhər liseyinin Fiziki tərbiyə müəllimi Rəşad Əliyevə tapşırılmışdı .

 Qələbə qazanmaq həvəsiylə meydana çıxıb fəxri yerləri qazanan komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları, qalib komanda Azərbaycan Respublikası Həndbol Federasiyasının kuboku ilə təltif olunublar.