Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo, sərbəst və yunan-Roma güləşi, yerindən uzununa tullanma, kəndirlə mübarizə idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Olimpnews.az xəbər verir ki, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəliyi olub.
"İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib
