DÇ-2026: Millimiz Ukrayna komandasına minimal hesabla məğlub oldu

DÇ-2026: Millimiz Ukrayna komandasına minimal hesabla məğlub oldu

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Olimpnews.az xəbər verir ki, D qrupunda yer alan komandamız Ukrayna millisi ilə qarşılaşıb. Polşadanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda keçirilən matç rəqib komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1. Matçda hesab 30-cu dəqiqədə açılıb. Ukraynalıların heyətində Aleksey Quçulyak fərqlənib. Lakin millimiz ilk yarıya bərabərliklə yollanmağı bacarıb. 45+3-cü dəqiqədə Ukrayna millisinin futbolçusu Vitali Mikolenko topu öz qapısına göndərib. Matçın ikinci hissəsində Andrey Şevçenkonun komandası təşəbbüsü ələ alıb. Bunun nəticəsi olaraq Ruslan Malinovski 64-cü dəqiqədə Ukrayna yığmasına qələbə qazandıran qolu vurub. Beləliklə, millimiz dörd turdan sonra bir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. Ukrayna millisi isə 7 xalla ikincidir. D qrupuna 10 xalla Fransa komandası başçılıq edir.