İspaniyanın "Barselona" klubunun daha bir əsas heyət üzvü zədələnib.
Olimpnews.az xəbər verir ki, Kataloniya klubunun polşalı hücumçusu Robert Levandovski sol budunun biseps bud sümüyündən zədə alıb. 37 yaşlı forvard 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Beləliklə, "Barselona"nın heyətində zədəli futbolçuların sayı 9-a çatıb. Belə ki, hazırda Robert Levandovski ilə yanaşı, Lamin Yamal, Rafinya, Fermin Lopez, Ferran Torres, Dani Olmo, Xuan Qarsiya, Qavi və Mark Andre Ter Şteqen də zədədən əziyyət çəkir.