CAR dördüncü dəfə dünya çempionatında iştirak edəcək 

CAR dördüncü dəfə dünya çempionatında iştirak edəcək 

Cənubi Afrika Respublikası (CAR) 16 illik fasilədən sonra futbol üzrə Dünya çempionatının əsas mərhələsində iştirak etmək hüququ qazanıb.
Olimpnews.az xəbər verir ki, Afrika təmsilçisi bu hüquqa Ruanda komandası üzərində 3:0 hesablı qələbə sayəsində nail olub. 
Beləliklə, seçmə mərhələdə 10 oyundan 18 xal toplayan CAR komandası C qrupunu lider kimi tamamlayıb. 
Bununla da DÇ-2026 CAR-ın iştirak edəcəyi sayca 4-cü mundial olacaq:
Afrikalılar daha əvvəl 1998, 2002, və 2010-cu illərdə mundialda iştirak edib.