Ötən gecə futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Olimpnews.az xəbər verir ki, E, F, I və K qruparında daha 8 qarşılaşma təşkil olunub. E qrupunda Türkiyə millisi doğma meydanda Gürcüstana 4:1, İspaniya millisi isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib. F qrupunda yer alan Millətlər Liqasının son qalibi Portuqaliya doğma azarkeşlər önündə Macarıstanın müqavimətini qıra bilməyib -2:2. İrlandiya millisi isə Ermənistanı minimal hesabla (1:0) məğlub edib. I qrupunda Estoniya seçməsi Moldova millisi ilə 1:1 hesablı heç-heçə edib. İtaliya yığması isə doğma meyanda İsraili böyükhesabla məğlub edib -3:0. K qrupunda isə İngiltərə millisi Latviya səfərində 5 cavabsız qolla qələbə qazanıb. Bu qrupun digər oyununda Serbiya yığması Andorraya 3:1 hesabı ilə qalib gəlib.